Mən Nurlan Vəlizadə İsmayıllıda doğulub orada boya başa çatmışam.


Orta məktəbi İsmayıllı şəhər 5 saylı orta məktəbində bitirmişəm


2010-cu ildə prezident təqaüdü ilə Bakı Dövlət Universitetinin Kompyuter Elmləri ixtisasına qəbul olmuşam


2013-cu ildə Socar təqaüdçüsü olmuşam.


2014-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirərək Qafqaz Universitetinin Kompyuter Mühəndisliyi ixtisasına daxil olmuşam və 2016-ci ildə "Bulud texnologiyalarında verilənlərin paylanılması" dissertasiya işimi müdafiə edib, diseertasiya işimin nəticəsi olaraq proqram təminatı hazırlayıb uğurla magistr təhsilimi başa vurmuşam.


2014-cü ilin avqustundan başlayaraq aktiv iş fəaliyyətinə başlamışam. Azerfon(Narmobile) şirkətində Test və Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis, Modenis(Emanat) şirkətində Proqramçı Analist, Digital Services Company şirkətində Software Developer  və daha sonra IT şöbəsinin rəhbəri vəzifələrində işləmişəm.


2018-ci ildə mən və digər 2 komanda yoldaşınmla birgə ADA universitetində keçirilən  Big Data Hackathon-da 3-cü yerə layiq görülmüşük.


2018-ci ildə 6 ay müddətində Matrix Traning Center-də C# Proqramlaşdırma üzrə təlimlər vermişəm.


2019-cu ildə Azərbaycanda ilk dəfə 300 nəfərdən artıq iştirakçı ilə DOTNET KONF AZƏRBAYCAN tədbirini təşkil etmişəm və bunu mütəmadi olaraq keçirməyi düşünürəm.


Hal-hazırda TayqaTech şirkətində Proqramlaşdırma şöbəsinin rəhbəri vəzifəsində çalışıram


Oxuduğunuz üçün təşəkkürlər !